İllüziyaçı 4 nəfəri YOXA ÇIXARDI - VİDEO

25 May 2026 15:50

Sosial şəbəkələrdə yayılan maraqlı görüntü böyük diqqət çəkib. "El Mago Pop" adı ilə tanınan ispaniyalı illüziyaçı Diyeqo Paskual küçə şousunda nümayiş etdirdiyi fəndlə izləyiciləri heyrətləndirib.

Milli.Az xəbər verir ki, illüziyaçı açıq havada təşkil olunan pulsuz tamaşa zamanı 4 nəfəri "teleportasiya etməsi" ilə gündəmə gəlib. Görüntülərdə fəndin izləyənlər arasında təəccüb və maraq yaratdığı əks olunub.

Qısa zamanda viral olan video sosial mediada geniş müzakirələrə səbəb olub. İstifadəçilər nümayiş etdirilən şounun necə həyata keçirildiyi ilə bağlı müxtəlif fikirlər səsləndiriblər.

İspaniyalı illüziyaçının performansı izləyicilər tərəfindən maraqla qarşılanmağa davam edir.

Milli.Az