Türkiyədə Cümhuriyyət Xalq Partiyası (CHP) daxilində gərginlik davam edir.
Milli.Az xəbər verir ki, məsələ partiyanın 2023-cü ilin 4-5 noyabr tarixlərində keçirilən 38-ci qurultayından sonra başlayıb.
Həmin qurultayda partiyaya rəhbərlik edən Kamal Kılıçdaroğlunun yerinə Özgür Özəl seçilib. Lakin CHP-dən olan bir millət vəkili qurultayın nəticələrinə etiraz edərək məhkəməyə müraciət edib. İddialara görə, səsvermə zamanı bəzi nümayəndələrə rüşvət verilib.
Bundan sonra Ankaradakı yerli məhkəmələrdən biri qurultayının nəticələrini ləğv edib, Kamal Kılıçdaroğlu yenidən sədr vəzifəsinə qaytarılıb.
Bundan sonra isə Özgür Özəlin rəhbərlik etdiyi qrup CHP-nin qərargahını tərk etmək istəməyib və polislə qarşıdurma baş verib.
Küçələrə çıxaraq dəstək verənlərin hamısının CHP tərəfdarı olmadığı qeyd olunur. Bildirilir ki, insanlar Türkiyədə azad seçkilərin davam etməsi üçün mübarizə apardıqlarını düşünürlər.
Qeyd olunur ki, etiraz edənlər arasında liberallar, kommunistlər, hətta mühafizəkarlar da var.
Bütün bu təzyiqlər fonunda Özgür Özəlin daha da güclü bir lider kimi ön plana çıxdığı vurğulanır. Bildirilir ki, o, qarşıdakı dövrdə keçirilə biləcək növbədənkənar prezident seçkilərində müxalifətin əsas namizədi ola bilər.
Mina
Milli.Az