Serenay Sarıkaya sərbəst buraxıldı - YENİLƏNİB

25 May 2026 21:13

Narkotik istintaqı çərçivəsində saxlanılan Serenay Sarıkayadan ekspertiza üçün saç və qan nümunələri götürülüb. 

Tibbi prosedurlar tamamlandıqdan sonra onun barəsində hər hansı həbs qətimkan tədbiri seçilməyib və Sarıkaya sərbəst buraxılıb.

-------------
Türkiyəli aktrisa Serenay Sarıkaya narkotik istintaqı çərçivəsində saxlanılıb.

Milli.Az xəbər verir ki, məlumata görə, Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən aparılan araşdırma zamanı ümumilikdə 25 nəfər barəsində əməliyyat keçirilib.

İstanbul və Muğlada eyni vaxtda həyata keçirilən tədbirlər nəticəsində bir sıra şübhəlilər saxlanılıb.

Xaricdə olduğu bildirilən Serenay Sarıkaya ölkəyə qayıtdıqdan sonra İstanbulda nəzarətə alınıb. İstintaq çərçivəsində onun həkimi Mehmet Rahşanın da həbs edildiyi qeyd olunur.

Məsələ ilə bağlı rəsmi istintaq davam edir. Sarıkaya isə daha əvvəl verdiyi açıqlamada bütün hüquqi prosedurlara əməl edəcəyini bildirib.

Fidan
Milli.Az