Qəbul imtahanının II cəhdinin tarixləri AÇIQLANDI

25 May 2026 11:46

Ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsinin II cəhdi üzrə tarixlər müəyyənləşib.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Belə ki, II və III ixtisas qrupları üzrə imtahan iyulun 5-də, I və IV qrup üzrə iyulun 12-də, Coğrafiya üzrə əlavə imtahan da iyulun 12-də olacaq.

İmtahan üçün qeydiyyat iyunun 1-i saat 14.00-dan iyunun 8-i saat 23.59-a kimi aparılacaq.

Milli.Az