Eyvazxanbəylidə görünən nəhəng ilan HEYRƏTLƏNDİRDİ - VİDEO

25 May 2026 11:15

Ağdamın Eyvazxanbəyli kəndində qeydə alınan nəhəng ilan görüntüsü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, kənd sakinlərindən birinin lentə aldığı görüntülərdə iri ölçülü ilanın ərazidə hərəkət etdiyi əks olunub. Görüntü qısa zamanda yayılarq izləyicilərin diqqətini çəkib.

Sosial media istifadəçiləri ilanın ölçüsünə görə təəccübləndiklərini bildiriblər. Bəzi şəxslər görüntünün qorxulu olduğunu qeyd etsə də, digərləri bunun bölgədə nadir rast gəlinən hadisələrdən biri olduğunu yazıblar.

Müzakirələrə səbəb olan görüntü qısa zamanda müxtəlif platformalarda paylaşılaraq gündəmə çevrilib.

Musa
Milli.Az