Britaniya müdafiə nazirinin təyyarəsi Rusiya yaxınlığında siqnalını itirdi - FOTO

25 May 2026 13:27

Böyük Britaniyanın müdafiə naziri Con Hilini daşıyan hökumət təyyarəsi Rusiya sərhədi yaxınlığında uçuş zamanı GPS siqnalını itirib.

Milli.Az xəbər verir ki, "The Times"ın məlumatına görə, hadisə mayın 21-də Estoniyadan Britaniyaya dönüş zamanı baş verib.

Pilotlar uçuşu inertial naviqasiya sistemi ilə davam etdiriblər. Hadisə zamanı idarə panelinin bir hissəsi və internet bağlantısı da sıradan çıxıb.

Rəsmi qurumlar insidentlə bağlı hələ açıqlama verməyib.

Milli.Az