"Bitkoin" bahalaşdı

25 May 2026 11:20

Kriptovalyuta bazarının ümumi kapitallaşması son 24 saatda 0,65% artaraq 2,58 trilyon dollara çatıb.

Milli.Az xəbər verir ki, "Bitcoin"in qiyməti 77 min dolları ötərək 77 273 dollara yüksəlib.

"Ethereum" ucuzlaşsa da, BNB və bəzi digər rəqəmsal aktivlərdə artım qeydə alınıb. Analitiklər artımı ABŞ-də kriptovalyutaların tənzimlənməsi ilə bağlı müsbət gözləntilər və "Bitcoin"ə institusional marağın davam etməsi ilə əlaqələndirirlər.

Milli.Az