Serbiya Prezidenti Aleksandar Vuçiç səlahiyyət müddətinin başa çatmasının yaxınlaşması fonunda istefa verə biləcəyini bildirib.
Milli.Az xəbər verir ki, bu barədə o, Çinə səfəri zamanı danışıb.
"Bəlkə də tezliklə istefa verəcəyəm", - Vuçiç deyib.
Qeyd edək ki, Aleksandar Vuçiç ilk dəfə 2017-ci ildə Serbiya prezidenti seçilib. O, 2022-ci ildə ikinci müddətə yenidən prezident olub. Onun səlahiyyət müddəti 2027-ci ildə başa çatır.
Milli.Az