Joze Mourinyonun yenidən "Real Madrid"ə baş məşqçi təyin oluna biləcəyi ilə bağlı iddialar gündəmi zəbt edib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi portuqaliyalı mütəxəssisin mümkün dönüşü ilə bağlı müzakirələr aparır. Bildirilir ki, Mourinyo komandaya rəhbərlik edəcəyi halda heyətdə ciddi dəyişikliklər etməyi planlaşdırır.
Məlumata əsasən, təcrübəli çalışdırıcı rəhbərlik qarşısında əsas şərt kimi transfer və heyət qərarlarına heç kimin müdaxilə etməməsini istəyib.
İddialara görə, məşqçinin planlarında komandadan göndərilə biləcək futbolçuların siyahısı da yer alır. Həmin siyahıda Andriy Lunin, Ferlan Mendi, Fran Qarsiya, Dani Sebalos, Qonsalo Qarsiya və bir neçə oyunçuların adı çəkilir.
Ən çox diqqət çəkən məqam isə Eduardo Kamavinqa və Vinisius Juniorun da ayrılması mümkün futbolçular arasında göstərilməsidir.
Bu iddialar futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
Hüseyn
Milli.Az