2026-cı ilin may ayının sonuna qədər bəzi bürclər üçün maliyyə baxımından uğurlu dövr başlayır.
Milli.Az xəbər verir ki, astroloqlar bildirirlər ki, Uran planetinin uzun fasilədən sonra yeni bürcə keçməsi və may ayında baş verən güclü yeni ay enerjisi müəyyən bürclərə qazanc, sabitlik və yeni imkanlar gətirəcək.
Buğa bürcü uzun müddətdir davam edən qarışıqlıq və gözlənilməzlik mərhələsini geridə qoyur. Qarşıdakı günlərdə maliyyə vəziyyətinin daha sabit olması və yeni gəlir imkanlarının yaranması gözlənilir.
Əkizlər bürcü üçün isə dəyişikliklər daha sürətli olacaq. Yeni iş təklifləri, maaş artımı və gözlənilməz qazanc şansları gündəmdədir. Astroloqlar bu dövrdə gəliri düzgün idarə etməyi və yığıma üstünlük verməyi tövsiyə edirlər.
Qız bürcü də bu enerjidən müsbət şəkildə təsirlənəcək. Onlar maliyyə məsələlərində daha ağıllı və planlı qərarlar verəcək, uzun müddətdir dayanan işlərdə irəliləyiş əldə edəcəklər. Mayın sonuna qədər qazanc və uğur imkanlarının artacağı bildirilir.
Milli.Az