ABŞ və İran arasında Yaxın Şərqdə gərginliyin azaldılması məqsədilə ilkin razılıq əldə olunub.
Milli.Az xəbər verir ki, razılaşmaya Hörmüz boğazının açılması, 60 günlük atəşkəsin tətbiqi və İranın zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməsi daxildir. ABŞ bunun müqabilində sanksiyaların qismən yumşaldılmasını və İranın neft satışına müəyyən güzəştlər edilməsini nəzərdən keçirir.
Eyni zamanda, İran limanlarına tətbiq olunan blokadanın aradan qaldırılması və bölgədə hərbi əməliyyatların dayandırılması da müzakirə olunur.
Bununla belə, tərəflər hələ yekun sənəd imzalamayıb və bəzi maddələr üzrə danışıqlar davam edir.
Milli.Az