77 yaşlı kişini ildırım vurdu

24 May 2026 23:06

Füzuli rayonunda bədbəxt hadisə baş verib.

Milli.Az-ın xəbərinə görə, hadisə rayonun Zobuçuq qəsəbəsində qeydə alınıb.

Belə ki, əslən Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndindən olan Əlyar Güləhməd oğlu Hacıyev at belində qoyun otararkən onu ildırım vurub.

Nəticədə 77 yaşlı kişi hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az