Azərbaycanlı aparıcının ailəsində xeyir iş - məşhurlar axın etdi - VİDEO

24 May 2026 19:48

Aparıcı Samir Bayramlının ailəsində xeyir iş olub.

Milli.Az xəbər verir ki, Samirin bacısı qızı Tükəz ailə qurub. Onun toy məclisi paytaxt restoranlarının birində baş tutub.

Gecədə Avroviziya qalibimiz Nigar Camal, müğənnilər Azad Şabanov, Yaşar Cəlilov və bir çox sənət nümayəndəsi səhnə alıb.

Toyun aparıcılığı Vüsalə Kərimova ilə Şərhiyar Əbilova həvalə olunub. (olay)

Milli.Az