"Qarabağ"dan növbəti transfer - Rəsmi

24 May 2026 18:20

"Qarabağ" növbəti transferini gerçəkləşdirib.

Milli.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Ağdam təmsilçisi 26 yaşlı qambiyalı hücumçu Zakaria Savonu heyətinə qatıb. Futbolçu ilə 3 illik müqavilə imzalanıb. 

Xatırladaq ki, bundan öncə "Qarabağ" mayın 18-də fransalı vinger Jali Muaddibi transfer etdiyini açıqlayıb.

Milli.Az