PSJ-nin iki ulduz futbolçusu finalda oynamaya bilər

24 May 2026 18:08

Çempionlar Liqasının həlledici final matçı öncəsi PSJ ciddi itkilərlə üzləşib.

Milli.Az xəbər verir ki, Fransa klubunun futbolçuları - Əşrəf Hakimi və Usman Dembelenin mayın 30-da "Arsenal"a qarşı keçiriləcək qarşılaşmanı qaçırmaq təhlükəsi yaranıb.

Aprelin 28-diyi yarımfinalın ilk oyununda "Bayern Münhen"lə dramatik matçda (5:4) budundan zədə alan Hakiminin yaxın günlərdə məşqlərə qayıtması gözlənilir. Lakin mərakeşli müdafiəçinin finala qədər tam hazır vəziyyətə gələcəyi sual doğurur.

Digər ulduz Dembele isə baldır nahiyəsindəki problemə görə hələ də fərdi qaydada hazırlaşır. Əgər fransalı vinger mayın 26-na kimi komandanın ümumi məşqlərinə qoşulmasa, onun "Arsenal"la həlledici oyunda meydana çıxmaq şansı minimuma enəcək. (Offsideplus.az)

Milli.Az