Əməkdar artist Zaur Əmiraslanov efirdə etdiyi maraqlı etiraflarla diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçi xarici ölkələrdə yaşadığı həyat təcrübələrindən və çətin günlərindən danışıb.
Əmiraslanov bildirib ki, müxtəlif illərdə İngiltərə, İtaliya, Fransa, Gürcüstan, Moldova, Özbəkistan, Rusiya və Türkiyədə olub. O, xüsusilə İtaliyada yaşadığı dövrü həyatının ən xoşbəxt zamanlarından biri adlandırıb:
"İtaliyada yaşayanda çox xoşbəxt idim".
Əməkdar artist həmin illərdə maddi sıxıntılar yaşadığını da etiraf edib:
"Pulum bitmişdi. O vaxt spirtli içkilərə meyilli idim. Üstümdəki pulu içkiyə xərcləmişdim. Yaxşı ki, öncədən qaldığım yerin pulunu ödəmişdim".
İfaçı İtaliyada qarşılaşdığı insanlıq nümunəsini də xatırlayıb:
"10 gün sonra stipendiya almalı idim. Məni tanımayan konservatoriyanın mühasib qadını mənə borca 150 avro verdi ki, sonra qaytararsan. Halbuki məni tanımırdı, qaytarmaya da bilərdim. O ölkədə insanlara böyük hörmət var".
Əməkdar artist xoşbəxtlik üçün pulun əsas olmadığını da vurğulayıb:
"Ona görə xoşbəxt olmaq üçün pul lazım deyil. Arzun nədirsə, onu həyata keçirməyə çalış, göstəriş etmə".
Sənətçi İtaliyada küçələrdə sərbəst şəkildə mahnı oxuduğunu da bildirib:
"Dar küçələrdə gedirdim, italyan musiqisi oxuyurdum. Heç kim də baxmırdı ki, bu dəli və ya başı xarabdır".
Onun səmimi açıqlamaları sosial şəbəkələrdə maraqla qarşılanıb.
Musa
Milli.Az