"Netflix" aktyoru ölü tapıldı - FOTO

24 May 2026 00:26

İtkin düşmüş "Netflix" aktyoru Stüart Maklin Kanadada ölü tapılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, aktyorun 45 yaşı olub.

O, bir müddət əvvəl itkin düşmüş şəxs kimi axtarışa verilib.

Maklinin meyiti yaşadığı əraziyə yaxın olan Lions Bay bölgəsində aşkarlanıb.

Məlumata görə, polis hadisə ilə bağlı araşdırma aparır. İstintaq qrupunun nümayəndəsi bildirib ki, Maklinin 15 may 2026-cı il tarixinədək olan hərəkət trayektoriyası araşdırılır, kamera görüntüləri və şahid ifadələri toplanır.

Qeyd olunur ki, "Netflix" layihələri ilə tanınan aktyor "Vircin River" və "Şəhərcikdə qətl" seriallarında rol alıb.

Milli.Az