İngiltərə Çempionatının pley-off finalında "Hall Siti"nin "Midlsbro"nu məğlub edərək (1:0) Premyer Liqaya vəsiqə qazanmasından sonra klubun sahibi, iş adamı Acun Ilıcalı göz yaşlarına hakim ola bilməyib.
Milli.Az xəbər verir ki, "Uembli" stadionunda keçirilən həlledici qarşılaşmada 90+5-ci dəqiqədə vurulan qol komandaya 10 ildən sonra yenidən İngiltərə Premyer Liqasına vəsiqə qazandırıb.
A.Ilıcalı sevincini həyat yoldaşı Çağlanı qucaqlayaraq ağlamaqla ifadə edib.
Milli.Az