Acunun komandası İngilətərə Premyer Liqasına yüksəldi

23 May 2026 20:37

Türkiyəli məşhur iş adamı Acun Ilıcalının sahibi olduğu "Hall Siti" klubu İngiltərə Premyer Liqasına vəsiqə qazanıb.

Milli.Az-ın məlumatına görə, komanda pley-offun finalında "Midlsbro"nu məğlub etməklə buna nail olub.

Qarşılaşma "Hall Siti"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

90+5-ci dəqiqədə Oliver Makberni fərqlənib.

Xatırladaq ki, daha əvvəl "Koventri Siti" və "İpsviç" Premyer Liqaya vəsiqəni rəsmiləşdirib.

Milli.Az