Tramp İranla müharibə barədə qərarını sabah açıqlayacaq

23 May 2026 20:27

Tramp İranla müharibəni yenidən başlatmaq barədə qərarını sabah açıqlayacaq
İranla razılaşma və ya hərbi əməliyyatların yenidən başlaması şansı 50-50-dir.

Milli.Az report-a istinadən xəbər verir ki, "Düşünürəm ki, iki şeydən biri baş verəcək: ya mən onlara əvvəlkindən daha çox zərbə endirəcəyəm, ya da yaxşı bir razılaşma əldə edəcəyik", - deyə ABŞ Prezidenti Donald Tramp bildirib.

Ağ Ev lideri eyni zamanda mayın 23-də danışıqlar qrupu ilə görüş keçirməyi və bazar günü İranla mümkün hərbi əməliyyatların bərpası ilə bağlı qərar qəbul etməyi planlaşdırır.

Tramp vitse-prezident Cey Di Vens , prezidentin xüsusi elçisi Stiv Uitkoff və sahibkar Cared Kuşnerin də görüşdə iştirak edəcəyini bildirib.

Milli.Az