Ayxan Abbasov "Şamaxı" ilə vidalaşdı

23 May 2026 19:03

"Şamaxı" klubu baş məşqçisi Ayxan Abbasovla vidalaşıb.

Milli.Az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.

44 yaşlı mütəxəssisin müqaviləsinin müddəti başa çatıb.

Xatırladaq ki, Ayxan Abbasov 2024-cü ildən "Şamaxı"nın baş məşqçisi idi.

Milli.Az