Joze Mourinyonun "Real Madrid"ə qayıdışı təxirə salındı - SƏBƏB

23 May 2026 18:23

Joze Mourinyonun Madrid "Real"ının baş məşqçisi postuna təyinatı "Kral klubu"nda keçiriləcək prezident seçkisinin nəticələri elan edilənə qədər təxirə salınacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ispaniyalı iş adamı Enrike Rikelmenin klub prezidentliyinə namizədliyini irəli sürəcəyini açıqlaması "Real Madrid"in bütün idman planlarını, o cümlədən Mourinyonun qayıdışını əngəlləyib.

Mənbənin məlumatına görə, Rikelme rəsmi namizəd olmaq üçün sənədlərini təqdim etməlidir. Bunun üçün son müddət isə bu gündür. Hər şey seçkidə hazırkı prezident Florentino Peresin qələbə qazanacağına və ardınca Mourinyonun dəvət olunacağına işarə edir.

Qeyd edək ki, "Real Madrid" portuqaliyalı mütəxəssisi bazar (24 may) və ya bazar ertəsi (25 may) günü ictimaiyyətə təqdim etməyi planlaşdırırdı.

Xatırladaq ki, "Real Madrid"də prezident seçkisi iyunun 7-də keçiriləcək.

Milli.Az