DÇ öncəsi məşqdə zədələndi, göz yaşları sel oldu - VİDEO

23 May 2026 21:20

2026-cı il FIFA Dünya Çempionatına hazırlıq çərçivəsində Türkiyə A Milli Komandasına Kənan Yıldızın zədələnmə xəbərindən sonra növbəti ağır zərbə dəyib.

Milli.Az xəbər verir ki, milli komandanın bugünkü məşqində, yarım meydançada keçirilən ikitərəfli oyun zamanı ayağı qazona ilişən Kərəm Aktürkoğlu yerdə qalıb və məşqi davam etdirə bilməyib.

Zədənin ciddi olduğunu anlayan Kərəm Aktürkoğlunun meydançada gözyaşlarını saxlaya bilməyib. Tibbi heyət tərəfindən dərhal dizi sarınan ulduz futbolçu yeriməkdə çətinlik çəkdiyi üçün komanda yoldaşlarının və əməkdaşların köməyi ilə meydandan çıxarılıb.

Futbolçunun zədəsinin dərəcəsi həkim müayinəsindən sonra tam bəlli olacaq.

Lalə Qüdrətova
Milli.Az