Yeniyetmənin meyiti tapıldı

23 May 2026 12:38

Bərdə rayonunda yeniyetmənin meyiti tapılıb.

Milli.Az xəbər verir ki, Qaradəmirçi kənd sakini 2010-cu il təvəllüdlü Saleh Məmmədovun meyiti yaxınları tərəfindən yaşadığı evin həyətində aşkar edilib.

Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az