Çində mədəndə güclü partlayış: 82 nəfər öldü

23 May 2026 10:12

Çinin Shanxi əyalətinin Tsinyuan qəzasında yerləşən kömür mədənində qəza olub.

Milli.Az xəbər verir ki, ​baş verən faciəli qəza nəticəsində 82 nəfər həyatını itirib.

Məlumata görə, hadisə mədəndə baş verən qaz partlayışından sonra qeydə alınıb.

İlkin ehtimallara əsasən, mədənçilərin ölümünə dəm qazının səviyyəsinin normanı aşması səbəb olub.

Yerli fövqəladə hallar qurumlarının açıqlamasına görə, hadisədən sonra 201 nəfər təhlükəsiz şəkildə təxliyə edilib. 

Fidan
Milli.Az