"Fənərbağça"nın parlaq çıxışı ilə diqqət çəkən futbolçusu Dorqeles Nene üçün Almaniya Bundesliqasının qapıları açıla bilər.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Almaniyanın "Ştutqart" klubu malili vingeri öz heyətinə qatmaqda israrlıdır.
Almaniya təmsilçisi istedadlı oyunçu üçün "sarı-lacivərdlilər"ə 22 milyon avroluq rəsmi təklif göndərib, lakin İstanbul nəhəngi bu cəlbedici müraciətə hələlik yekun cavabını verməyib.
Xatırladaq ki, Dorqeles Nene arxada qalan mövsümdə "Fənərbağça" forması ilə çıxdığı 47 rəsmi matçda aktivinə 13 qol və 12 məhsuldar ötürmə yazdırıb.
Milli.Az