"Lans" Fransa Kubokunun finalında "Nitsa" komandasını 3:1 hesabı ilə məğlub edib.
Milli.Az xəbər verir ki, qalib komandanın heyətində Florian Toven (25-ci dəqiqə), Odsonn Eduar (42) və Abdallah Sima (78) fərqləniblər. Məğlub komandanın yeganə qolunu Cibril Kulibali (45+3) vurub.
"Lans" tarixində ilk dəfə Fransa Kubokunu qazanıb. Komanda əvvəllər üç dəfə (1948, 1975, 1998) turnirin finalına çıxıb.
Fransa Kubokunda qələbə sayına görə rekordçu əvvəlki iki turnirdə qalib gələn PSJ-dir. /"Report"
Milli.Az