Əri ilə tərəf müqabili olacaq

23 May 2026 00:51

Türkiyədə yayımlanan A.B.İ. serialının heyətinə aktyor Kənan İmirzalıoğlunun xanımı, aktrisa Sinem Kobal qatılacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onun yeni mövsümdə layihədə yer alacağı bildirilir.

Qeyd edək ki, serialın baş rollarından birinə həyat verən Afra Saraçoğlunun layihədən ayrılacağı ilə bağlı iddialar yayılıb. Buna səbəb olaraq onun partnyoru Kənan İmirzalıoğlu ilə arasındakı yaş fərqi göstərilib. Belə ki, İmirzalıoğlunun 52, Saraçoğlunun isə 29 yaşı var. Onlar arasındakı yaş fərqi sosial şəbəkələrdə tez-tez müzakirələrə səbəb olurdu.

Xatırladaq ki, Kənanla Sinem 2016-cı ildə ailə qurub. Onların bu evlilikdən Lalin və Leyla adlı iki qızı var.

Milli.Az