Bəqai: ABŞ və İran razılaşmaya yaxınlaşmayıb

23 May 2026 00:38

İran və ABŞ arasında müharibənin dayandırılması ilə bağlı aparılan danışıqlarda hələlik razılaşmaya yaxınlaşmaq mümkün olmayıb.

Milli.Az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

"Əminliklə deyə bilmərik ki, razılaşmanın yaxın olduğu mərhələyə çatmışıq", - deyə o vurğulayıb.

Bəqai qeyd edib ki, danışıqlarda əsas diqqət müharibənin dayandırılmasına yönəlib.

O, Pakistan ordusunun komandanı Asim Munirin Tehrana səfərini də "diplomatik prosesin davamı" adlandırıb.

Milli.Az