Xalq artisti görüntüsü ilə DİQQƏT ÇƏKDİ - VİDEO

23 May 2026 10:54

Azərbaycanın pop səhnəsinin tanınmış siması Aygün Kazımova növbəti dəfə konsert proqramı ilə sevənlərinin qarşısına çıxıb.

Milli.Az-ın məlumatına görə, pop ulduz səhnədə həm enerjili çıxışı, həm də füsunkar görünüşü ilə diqqət mərkəzində olub. İfaçının səhnə tərzi və performansı izləyicilər tərəfindən maraqla qarşılanıb.

Konserti izləyən tanınmış simalar arasında Fatimə Fətəliyeva və Lətifə Soyuöz də yer alıb. Lətifə Soyuözün ailəsi ilə birlikdə tədbirə qatılması diqqətdən yayınmayıb.

Gecədən yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər Aygün Kazımovanın səhnə obrazı və enerjisi ilə bağlı çoxsaylı rəylər paylaşıblar.

Musa
Milli.Az