Yaz fəslinin ən təravətli və zərif tərəvəzlərindən biri olan qulançar kökün xəfif şirinliyi ilə birləşdikdə süfrələrinizə asan hazırlanan bir ləzzət qatacaq. Zeytun yağında pörtlədilən tərəvəzlərin üzərinə gəzdirilən ipək kimi hamar beşamel sousu bu yeməyin dadını tamamlayır. İstər əsas yeməklərin yanında qarnir kimi, istərsə də xəfif bir günorta yeməyi olaraq dadına baxa bilərsiniz.
Milli.Az lazım olan məhsulları təqdim edir:
1 dəstə təzə qulançar (kuşkonmaz)
3 ədəd orta boy kök
3 xörək qaşığı zeytun yağı
1 çay qaşığı duz
Beşamel sousu üçün:
1 xörək qaşığı kərə yağı
1 xörək qaşığı un
1 su stəkanı soyuq süd
Yarım çay qaşığı duz
Yarım çay qaşığı qara istiot
Üzəri üçün:
1 çay qaşığı pul bibər
Hazırlanma qaydası
Kökün qabıqlarını soyun və uzununa incə dilimlərə ayırın. Bu dilimləri üst-üstə qoyaraq nazik samanvari şəklində doğrayın. Qulançarın alt və orta hissəsindən tutub xəfifcə əyin; o, öz təbii nöqtəsindən qırılacaq. Sərt olan sap hissəsini atın, qalan təzə hissəsini isə yemək üçün saxlayın.
Geniş bir tavaya zeytun yağını əlavə edib qızdırın. İlk olaraq qulançarları və duzun yarısını əlavə edib, xəfif rəng alana qədər təxminən 8-10 dəqiyiə sote edin, sonra onları tavadan bir qaba çıxarın. Eyni tavanın içinə doğranmış kökləri və qalan duzu töküb, yumşalana qədər 6-7 dəqiqə qovurun.
Kiçik bir qazanda kərə yağını əridin. Unu əlavə edib qoxusu çıxana qədər az odda davamlı qarışdıraraq qovurun. Topaqlar qalmasın deyə soyuq südü yavaş-yavaş və bir tərəfdən də çırpıcı ilə sürətlə qarışdıraraq əlavə edin. Duz və qara istiotu da qatıb, sous qatılaşana qədər 5-6 dəqiqə bişirin.
Sotelənmiş kök və qulançarları servis boşqabına yan-yana nizamla düzün. Üzərlərinə hazırladığınız ilıq beşamel sousunu gəzdirin. Son toxunuş olaraq pul bibər səpib isti-isti süfrəyə verin.
Nuş olsun!
Lalə Qüdrətova
Milli.Az