iPhone 18 Pro ilkin sifarişə çıxarıldı: “Od” qiymətinədir - FOTO

22 May 2026 23:43

"Apple" şirkətinin növbəti payızda təqdim edəcəyi yeni flaqman seriyası - iPhone 18 üçün geri sayım davam edərkən, lüks smartfon modifikasiyaları ilə tanınan dünya şöhrətli "Caviar" brendi gözlənilməz addım atıb. Şirkət hələ rəsmi olaraq elan edilməyən iPhone 18 Pro və iPhone 18 Pro Max modelləri əsasında hazırladığı, tamamilə nadir materiallardan ibarət "Royal Colors" (Kraliyyət Rəngləri) adlı ultra-lüks kolleksiyasını indidən ilkin sifarişə çıxarıb.

Milli.Az xəbər verir ki, əl işi olan bu xüsusi dizaynların başlanğıc qiyməti 8.340 dollar (təxminən 14.180 AZN) təşkil edir. Seriyanın ən üst modelinin qiyməti isə 10.130 dollara (təxminən 17.220 AZN) qədər yüksəlir.

Korpusun yığılmasında aviasiya standartlarına uyğun titan, 24 karatlıq qızıl örtük, xüsusi kompozit yaşıl yaşma daşı (jade) və dözümlülüyü artıran döymə karbon (forged carbon) istifadə olunub.

Bu kolleksiyadakı hər bir model dünyada cəmi 99 ədəd istehsal olunacaq və cihazların üzərində unikal istehsal nömrəsi həkk ediləcək.

"Royal Colors" seriyasının eksklüziv modelləri:
Gold Emerald (Qızılı Zümrüd): Arka panelində nadir yaşıl yaşma daşı yer alır. Bu asil toxuma 24 karat qızıl örtüklü titan çərçivə və qızıl "Caviar" loqosu ilə tamamlanır.

Carbon Bullet (Karbon Mərmi): Avtomobil və aviasiya sənayesində istifadə olunan asimmetrik naxışlı döymə karbondan hazırlanıb. Çox yüngül və cızılmalara qarşı ekstremal dərəcədə dözümlüdür.

Dark Titanium (Tünd Titan): Tamamilə qara və mat tonların hakim olduğu dizayndır. PVD örtük texnologiyası və lazerlə işlənmiş həndəsi naxışlar cihaza xüsusi dərinlik qatır.

Hər nə qədər xarici görünüş "Caviar" tərəfindən bəzədilsə də, cihazların daxilində "Apple"ın ən son texnologiyası dayanacaq. Sızıntılara görə, iPhone 18 Pro ailəsi TSMC-nin 2 nanometrlik (2nm) istehsal memarlığına əsaslanan Apple A20 Bionic prosessorundan güc alacaq.

Lalə Qüdrətova
Milli.Az