Alatau şəhərinin (Qazaxıstan) nəqliyyat yollarının kəsişməsində yerləşməsi şəhərin logistikasını müəyyən edir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən "Mərkəzi Asiyanın yeni paytaxtları və yeni şəhərləri. İqlim dayanıqlığının artırılması məqsədilə su istehlakı nəzərə alınmaqla şəhərsalma və mənzil tikintisi" mövzusunda sessiya zamanı britaniyalı memar, "Harry Dobbs Design Ltd " şirkətinin təsisçisi və "Alatau City" İnkişaf Şurasının üzvü Harri Dobbs deyib.
Onun sözlərinə görə, Alatau Çin və Qazaxıstanı birləşdirən Şərq- Qərb dəmir yolu dəhlizinin şəhərin mərkəzindən keçdiyi ticarət-logistika şəbəkələrinin kəsişməsində yerləşmək üstünlüyündən istifadə edir.
"Məhz bu amil şəhərin logistikasını formalaşdırmağa başlayır. Bu yanaşma sahibkarlığın inkişafına və əlverişli coğrafi mövqedən istifadəyə əsaslanır. Çevik investisiyaların cəlb olunması, iqtisadi artımın və yeni imkanların stimullaşdırılması məqsədilə aydın tənzimləyici, vergi və planlaşdırma çərçivələri təmin edən xüsusi iqtisadi zona strukturu yaradılır. Məhz bu sahibkarlıq yanaşması şəhərin dörd rayonunu formalaşdırır. Bu rayonlar qonşu Almatı və şimalda yerləşən Konaev şəhərini tamamlayan biznes istiqamətlərinə - biznes, təhsil, logistika və sənaye, həmçinin turizm sahələrinə fokuslanır", - deyə o, bildirib.
Milli.Az