"Mən yaşamıram ki, zülm çəkirəm".
Milli.Az xəbər verir ki, bunu "Qaynarinfo"ya açıqlamasında Xalq artisti Naibə Allahverdiyeva deyib. Aktrisa ayaqlarındakı ağrılardan əziyyət çəkdiyini bildirib:
"Qızımın toyundan sonra ayaqlarım şişib. 2-3 fərqli həkimə müraciət etmişəm, amma hərəsi bir söz deyir. Müalicə olunuram, lakin problem hələ də qalır. Artıq bezmişəm. Nə vaxta qədər həkim-həkim, müayinə-müayinə gəzmək olar? Bütün qazancım dərmanlara və həkimlərə gedir. Belə həyat olar?"
Naibə Allahverdiyeva 25 ildir eyni problemdən əziyyət çəkdiyini də vurğulayıb:
"25 il əvvəl ayağım sınmışdı. Bu, mənim bütün həyatımı dəyişdi. Həmin vaxt həkim ayağımı düzgün müalicə etmədi. İki gün ayağım o vəziyyətdə qaldı. Həmin gündən zülm çəkirəm".
Milli.Az