Şeyx Məhəmməd bin Raşid Al Maktum Prezident İlham Əliyevə təbrik məktubu göndərib

22 May 2026 19:10

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Raşid Al Maktum Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az xəbər verir ki, məktubda deyilir:

"Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırmaqdan məmnunluğumu bildirirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan Hökumətinə və dost Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzu edirəm.

Sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Milli.Az