Sərvəti 1 milyardı keçdi

22 May 2026 18:50

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messinin sərvəti 1 milyard dolları ötüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda "Bloomberg" məlumat yayıb.

"Vergilərə, bazar şəraitinə, investisiya və sponsorluq gəlirlərinə uyğunlaşdıqdan sonra onun sərvəti 1 milyard dolları ötüb... Bu, onu idmanın ilk milyarderi olmuş əzəli rəqibi Kriştiano Ronaldo ilə bərabərləşdirir", - nəşr yazır.

Milli.Az