Həsən Əliyev küçəsində mövcud küçə parklanma yerinin bir hissəsi ləğv olunaraq yaxınlıqda yerləşən sosial xidmət və tibb müəssisələrinə gələnlər üçün əlavə şərait yaradılıb.
Milli.Az xəbər verir ki, ərazidə "3.28" - "durmaq qadağandır" yol nişanı quraşdırılmaqla minib-düşmə yeri təşkil olunub. Eyni zamanda "5.14" - "minik taksilərinin duracaq yeri" yol nişanı yerləşdirilməklə taksilərin sərnişinləri düşürmələri üçün şərait yaradılıb.
Milli.Az