Yay tətili yaxınlaşır və çoxları tətil planları qurur. Bəziləri bu yay tətilini Avropa İttifaqı ölkələrində keçirməyi planlaşdırır.
Bəs, Avropa İttifaqı ölkələrinə daxil olmaq üçün tələb olunan "Şengen" vizasını ən asan verən ölkə hansıdır?
Milli.Az xəbər verir ki, 2026-cı il məlumatlarına əsasən, "Şengen" vizasını ən asan verən ölkələrin siyahısı açıqlanıb.
Siyahıya daxil olan ölkələr bunlardır:
* İspaniya
* Yunanıstan
* Fransa
* Macarıstan
* Hollandiya
* Almaniya
* İtaliya
* İsveç
Məlumata görə, bu ölkələr "Şengen" vizası müraciətlərinə daha yüksək təsdiq faizi ilə yanaşan dövlətlər arasında göstərilir. Yay mövsümünün yaxınlaşması ilə Avropaya səyahət planlaşdıran şəxslər üçün bu ölkələr daha əlçatan seçim hesab olunur.
Milli.Az