Sezar Aspilikueta futbolçu karyerasını başa vuracağını açıqlayıb.
Milli.Az xəbər verir ki, hazırda "Sevilya" klubunda çıxış edən təcrübəli müdafiəçi qərarını sosial şəbəkə hesabında paylaşıb.
36 yaşlı ispaniyalı futbolçunun mövsüm başa çatdıqdan sonra yaşıl meydanlarla vidalaşacağı bildirilib.
Aspilikueta uzun illər Avropa futbolunun tanınmış simalarından biri olub. O, xüsusilə "Çelsi"dəki uğurlu performansı ilə yadda qalıb.
Təcrübəli müdafiəçi London təmsilçisi ilə iki dəfə İngiltərə Premyer Liqasının çempionu olub, həmçinin UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.
Futbolçunun karyerasını bitirmək qərarı azarkeşlər arasında kədər və nostalji hissləri yaradıb.
Hüseyn
Milli.Az