Kralın qardaşı ilə bağlı istintaqın DETALLARI - FOTO

22 May 2026 16:57

Bu ilin əvvəlində bir sıra ittihamlar, o cümlədən cinsi qısnama ehtimalları ilə bağlı həbs edilən Prince Andrew barədə aparılan istintaqın uzun və mürəkkəb olacağı bildirilib.

Milli.Az xəbər verir ki, ABŞ-li maliyyəçi Epşteyn ilə bağlı milyonlarla sənədin yayımlanmasından sonra saxlanılan şahzadə saatlarla dindirilib.

66 yaşlı Endryu Mauntbetten-Vindzor Epşteynlə əlaqəli hər hansı qanunsuz fəaliyyətdə iştirak etdiyini inkar edib və onunla dostluğundan peşman olduğunu bildirib. O, saxlanıldıqdan sonra ictimaiyyət qarşısında açıqlama verməyib.

İstintaqı aparan Temza Vadisi Polisi rəisinin müavini Oliver Wright bildirib ki, araşdırma genişmiqyaslıdır və çox vaxt aparacaq. Onun sözlərinə görə, müxtəlif şahidlər dindirilir və zərərçəkənlərin əməkdaşlıq etməsi üçün polisə müraciət etmələri istənilib.

Milli.Az