İngiltərə millisinin bu il keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb. Siyahı İngiltərə Futbol Assosiasiyası tərəfindən yayımlanıb.
Milli.Az xəbər verir ki, milli komandanın baş məşqçisi Tomas Tuhel heyətdə bir sıra tanınmış futbolçulara yer verməyib. Harri Maquayr ("Mançester Yunayted"), Trent Aleksandr-Arnold ("Real", İspaniya), Fil Foden ("Mançester Siti") və Koul Palmer ("Çelsi") dünya çempionatı üçün açıqlanan siyahıdan kənarda qalıblar.
Bu qərar futbol ictimaiyyətində maraq doğurub və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, 2026 FIFA World Cup iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada təşkil olunacaq. İngiltərə millisi turnirdə L qrupunda Xorvatiya, Panama və Qana yığmaları ilə qarşılaşacaq.
Hüseyn
Milli.Az