Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Sənan Məmməd oğlu Qarayevin vəzifəsindən azad edilərək Azərbaycan Ali Məhkəməsinin hakimi təyin ediləcək.
Milli.Az apa-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə olunan "Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında" layihədə əksini tapıb.
Layihəyə əsasən, Xankəndi Şəhər Məhkəməsinin sədri İlkin Qismət oğlu Abdullayevin vəzifəsinin dəyişdirilərək Azərbaycan Ali Məhkəməsinin hakimi təyin ediləcək.
Milli.Az