Luvr oğurluğu film olur

22 May 2026 14:36

Fransız rejissor Romain Gavras Luvr Muzeyində baş vermiş məşhur oğurluq hadisəsindən bəhs edən yeni film üzərində işləyir.

Milli.Az xəbər verir ki, ekran işi jurnalistlərin yazdığı "Luvrdan əllərinizi çəkin" adlı araşdırma kitabı əsasında hazırlanır. Film 2025-ci ildə Luvrda baş verən və 88 milyon avro dəyərində zinət əşyalarının oğurlanması hadisəsini ekranlaşdıracaq.

Hadisə zamanı işçi geyimində olan şəxslərin muzeyə daxil olaraq Napoleon kolleksiyasına aid əşyaları oğurladığı, qaçış zamanı isə imperatriça Evgeniyanın tacının yerə düşdüyü bildirilir.

Filmin aktyor heyəti və təqdimat tarixi hələ açıqlanmayıb, çəkilişlərin isə gələn il başlaması planlaşdırılır.

Milli.Az