İtkin-şəhid Rəşadət Piriyevlə vida mərasimi keçirildi

22 May 2026 11:59

Bərdə rayonunda Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Rəşadət Əli oğlu Piriyevlə vida mərasimi keçirilib.

Milli.Az xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Bərdə rayonunun vəzifəli şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, R.Piriyev 1973-cü il oktyabrın 1-də anadan olub. O, 1994-cü ilin fevral ayında Kəlbəcər rayonu Qızıl Qaya istiqamətində gedən döyüşlərdə itkin düşüb.

R.Piriyev rayonun Yeni Daşkənd kənd qəbiristanlığında dəfn olunacaq.

Milli.Az