Türkiyədə narkotik əməliyyatında saxlanılan məşhurlarla bağlı YENİ QƏRAR

22 May 2026 12:21

Türkiyədə narkotik istintaqı çərçivəsində əməliyyat zamanı saxlanılmış məşhurların bir çoxunun barəsində qərar verilib.

Milli.Az xəbər verir ki, məlumata görə, Aslıhan Turanlı, Berkay Şahin, Volkan Bahçekapılı və repçi Blok3 daxil olmaqla 10 nəfər məhkəmə qərarı ilə sərbəst buraxılıb.

Onların barəsində ölkədən çıxış qadağası və məhkəmə nəzarəti tədbiri seçilib. Hakan Aydına əlavə olaraq həftədə iki dəfə imza vermək öhdəliyi qoyulub.

İstintaq çərçivəsində saxlanılan Mehmet Rahşan isə həbs edilib. Araşdırmalar davam edir.

Milli.Az