Aktrisa Zümrüd Qasımova "Öz aramızda" verilişində etdiyi səmimi etiraflarla diqqət çəkib. Sənətçi anası ilə münasibətindən danışarkən duyğusal anlar yaşayıb.
Milli.Az-ın məlumatına görə, Qasımova bildirib ki, uzun illər anasına qarşı münasibəti soyuq olub və onu yetərincə hiss edə bilməyib. Aktrisa bunu atasını erkən yaşda itirməsi ilə əlaqələndirib:
"Atamı tez itirdiyim üçün düşünürdüm ki, onu daha çox sevirəm. O itkini qəbul edə bilmirdim".
Aktrisa yalnız 28 yaşından sonra anasının sevgisini tam anladığını deyib:
"28 yaşımda anama dedim ki, bu vaxta qədər səni niyə hiss etməmişəm? İndi deyirəm ki, dünyanın ən gözəl, ən fədakar anası mənim anamdır. Heç vaxt onun kimi ola bilmərəm".
44 yaşında olmasına baxmayaraq hələ də ana qayğısı ilə yaşadığını bildirən Zümrüd Qasımova bunları əlavə edib:
"Yeməyimi, geyimlərimi anam hazırlayır. Hər işimi o görür. Ona görə düşünürəm ki, hələ də böyüməmişəm, şıltaq Zümrüdəm".
Aktrisa anasının yoxluğunu təsəvvür etməkdə çətinlik çəkdiyini də etiraf edib:
"Onsuz bir günüm olsun istəmirəm. Məndən tez dünyadan köçməsi mənə çox çətin olar".
Ana olmadığı üçün bir çox hissləri məhz anası vasitəsilə yaşadığını deyən sənətçi onun sevgisini illər sonra daha yaxşı anladığını bildirib:
"Anam əvvəldən sevgi verib, mən görməmişəm. Həyat yoldaşı, uşaq olsa da, ananın yeri ayrıdır".
Zümrüd Qasımova 74 yaşlı anasının hələ də çalışdığını və bunun onu sevindirdiyini deyib:
"Anama deyirəm ki, xoşbəxtsən, canın sağlamdır, 4 övladın gündə 20 dəfə səni axtarır. Mən sənin yaşına çatanda nə edəcəyəm?"
Aktrisanın bu emosional açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Musa
Milli.Az