Bu ölkədə güclü zəlzələ oldu

22 May 2026 10:28

İndoneziyanın mərkəzi hissəsində yerləşən Molukka dənizi akvatoriyasında 5.8 maqnitudalı zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialının məlumat yayıb.

Məlumatlara görə, yeraltı təkanların episentri Sulavesi adasındakı Bitunq şəhərindən 111 km şərqdə və Molukka arxipelaqına aid kiçik Macu adasından təxminən 20 km qərbdə yerləşib.

Episentrdəki yeraltı təkanların intensivliyinə görə bu zəlzələ "dağıdıcı" olaraq qiymətləndirilir.

ABŞ Geoloji Xidməti də zəlzələnin gücünü 5.8 maqnituda olaraq müəyyən edib. Amerika seysmoloqlarının hesabatlarına görə, yeraltı təkanların ocağı 47.7 km dərinlikdə yerləşib.

Milli.Az