DÇ-2026-da oynamayacaq

22 May 2026 13:57

"Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında oynamayacaq.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, 33 yaşlı futbolçu İngiltərənin 2026-cı il dünya çempionatı heyətindən kənarlaşdırılıb.

"Əmin idim ki, mövsümdən sonra bu yay ölkəm üçün mühüm rol oynaya bilərəm. Bu qərar məni şoka saldı və sarsıtdı. Uşaqlara uğurlar arzulayıram", - Maquayr deyi.b

Maquayr bu mövsüm Premyer Liqada 22 oyun keçirib, bir qol vurub, iki məhsuldar ötürmə edib, üç sarı və bir qırmızı vərəqə alıb.

Milli.Az