Müğənni Səidə Sultan sosial şəbəkədə yayılan görüntüləri ilə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, sənətçinin eyvanda etdiyi rəqsi izləyicilərin marağına səbəb olub və qısa zamanda geniş yayılıb.
Videoda enerjili görüntüsü ilə seçilən Səidə Sultan Bakının "Tarqovu" ərazisində diqqətləri üzərinə çəkib. O, həmçinin sakinlərlə mehriban münasibəti ilə bəyənilib. İfaçının pozitiv davranışlarına sosial media istifadəçiləri tərəfindən çox sayda rəylər yazılıb.
Qısa müddətdə viral olan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Musa
Milli.Az