Qız anası olan bloqerə ərinin bahalı HƏDİYYƏSİ - VİDEO

22 May 2026 11:13

Türkiyəli fenomen Rüveyda Özekin ana olub. Sosial media fenomeninin qız övladı dünyaya gəlib.

Milli.Az xəbər verir ki, sevindirici xəbəri paylaşan Rüveyda Özekin qısa zamanda izləyicilərindən çoxsaylı təbrik mesajları alıb. Körpənin dünyaya gəlməsi sosial şəbəkələrdə maraqla qarşılanıb.

Müzakirələrə səbəb olan məqamlardan biri isə fenomenin həyat yoldaşının etdiyi hədiyyə olub. Bildirilir ki, o, xəstəxanada həyat yoldaşına bahalı qızıl zinət əşyası hədiyyə edib.

Sosial mediada yayılan görüntülər istifadəçilər arasında geniş müzakirələr yaradıb. Bəzi izləyicilər bu addımı diqqət və sevgi nümunəsi kimi qiymətləndirsələr də, digərləri hədiyyənin dəyəri ilə bağlı müxtəlif rəylər yazıblar.

Musa
Milli.Az